Xəbərlər

Soylu Atalı. Türklüyün qorxulu durumu ilə bağlı

Dünya düzəni deyilən bir anlayış əslində siyasi fatalizmə verilən addır. Bu anlayışda dünyanı yönətən bir çox qlobal layihələri tərtib edənlərin xarakterləri gizlənir. Bu xarakterləri açmaq üçün strateji proseslərə millətçilik açısından yanaşmaq gərəkdir. Kosmopolit düşüncələrlə yaşayan, yanaşan insanlar – hazırlanan, həyata keçirilən fəlakətləri nə doğru görə, nə də doğru dəyərləndirə bilərlər. Amerika, İngiltərə, İsrail birliyinin birgə planları türklüyün bütün dayaqlarını məhv eləməkdədir. Türkiyədə ərəblərin çoxalması, ərəbçiliyin genişlənməsi də birbaşa adı çəkilən qüvvələrin planları ilə oturuşmaqdadır. Artıq bu proses Azərbaycana da keçirilibdir. Sovetlər dağılandan, ateizm ideolojisi sarsıdılandan sonra ölkədə güclü təbliğat quruldu. Guya İslama qarşı Xristianlığın döyüşü həyata keçirilir. Toplumda dini təəssübkeşlik duyğusunu bərpa edib genişləndirməyə başladılar. Beləliklə, Qaçılmaz bir prosesin – Türk Birliyi prosesinin qarşısını aldılar. Bu gün də durmadan genişlənən ərəbləşmənin (İslamlaşmanın) arxasında Amerika, İngiltərə, İsrail durur. Əgər ərəbləşmə-İslamlaşma onlara sərf eləməsəydi çoxdan bu gəlişmənin qarşısını alardılar. Sivilizasiyalarda qatqısı olmayan, ancaq yönətilən, buyrulan ərəbləri, istər fiziki, istər ideoloji cəhətdən, Türkiyənin, türklərin içinə doldurmaqla, böyük parçalanmaları başa çatdırmaq istəyi son aşamaya keçibdir. Nə yazıqlar, yaxın gələcəkdə nəinki qarşısıalınması, hətta araşdırılması mümkünsüz olan böyük fəlakətlərin görəni, izləyəni olacıq.
(Məncə, İstanbulun bu dərəcədə ərəbləşdirilməsi də, onun, yaxın gələcəkdə Türkiyədən qoparılması senarisidir).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir