Xəbərlər

Soylu Atalı. Türklüyün Zəfər Günü qutlu olsun

Türkiyədə Ərdoğançı kəsim Atatürkü gözdən salmağın yeni üsulunu işə salıbdır. Guya Atatürk bütləşdirilir. Deməliyik ki, bütləşdirmədə kor bir “pərəstiş” olur. Bu keyfiyyəti də biz ən çox dinə tapınan kütlədə görürük. Bunların münasibətində dərk eləməkdən söhbət gedə bilməzr. Çünkü şüuru zorlanan insanların təfəkkürü ayılmır. (Lütfən, məni yanlış anlamayın. Heç kimin heysiyyatına toxunmaq istəyim yoxdur. Sadəcə düşündüyüm, doğru bildiyim həqiqətləri sizlərlə paylaşmaq istəyirəm. İstəyirəm Atatürkə sevdalı münasibət sərgiliyənlərin fərqini göstərim). Atatürk gerçək bir qurtarıcıdır (xilaskardır). Heç kimin sevgisinə, aldadaraq, soxulmayıb. Yurdu, Ulusu üçün, sözün doğru anlamında, şəhid taleyi yaşayıb.Həm milləti qurtarıb, həm də bu millətə dövlətçilik uğurları verib. Tarixi burada sadalamaq istəmirəm. Hər kəs bilir ki, Osmanlı xarabalıqları üzərində Avropa imperiyası genişlənmək üzrə idi. Yağıların mənfur arzuları gözlərində qaldı. Nədən, çünkü Atatürkdə təfəkkür, cəsarət, özündənkeçmə ərdəmliyi birləşmişdi.
Bu gün nə baş verir? – Ərdoğan millətə molla şüuru verməklə, arxasınca, uçuruma aparır. Cazibəli bir uçurum yaradıb. Bu uçuruma (aldanıb) küsənənlər Ərdoğanın özündən büt yaratmaqdadırlar. Nədədir Ərdoğanın “qəhrəmanlığı”? – Mollaçılıq şüurunu diriltməkdə.
Bu gün İran mollaçılıq şüurunu sırımaqla, qorumaqla Azərbaycanı parçalanmış durumda saxlayır. Ərdoğan isə mollaçılıq şüurunu dirçəltməklə bütövlükdə türklüyü parçalanmış durumda saxlayır.
Heç bir türk dövləti Ərdoğanı eşitmiyəcək – Amerika Nurçuluğunu dövlətinin başına gətirməyəcək. Sonucda türklüyün parçalanmış durumu aradan qalxmayacaq. Bununla da türk birliyini istəməyən qüvvələrin arzuları qabağa gedəcək.
Mən üzümü Azərbaycanlı və Türkiyəli türksevərlərə, bütövlükdə insansevərlərə tuturam və deyirəm: sayğılı bəylər və xanımlar, biz demirik ki, Atatürkün dövlətçilik prinspləri yerində saymalıdır. Hər bir prinsip inkişafa bağlıdır. İnkişaf olmayan yerdə dəyər də yaranmır. Ancaq Atatürkün prinsplərini bütövlükdə rədd edib yerinə köhnə bir düşüncə sistemi gətirmək, hər hansı bir biçimdə, tərəqqiyə xidmət eləmir. Atatürkün prinsplərini inkişaf elətdirib dövlətçiliyi möhkəmlətmək gərək idi, bu prinspləri ləğv eləmək yox. Ərdoğanda inkişaf gedişi yoxdur. Geriyəqayıtma var. Bu gedişlə Türkiyə, ən yaxşı halda, 18-ci yüzilə dönəcək. O zaman bunun fəlakətləri daha sərt və amansız olacaq. Əslində bu gediş bütün Türkiyəsevərləri rahatsız eləməlidir. Daha böyük anlamda, Dirəniş Hərəkatı başlamalıdır. Bu məsələdə qorxaq seyrçilik yolverilməzdir.

Türk Ulusumuz Var olsun!

(arxiv)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir