Mütləqsizlik. İnamsızlıq. Sabahsızlıq.Köləliyə alışmaq. Kölgəliyə alışmaq.Sürünmək aqibəti. Sürülmək aqibəti.Əsarət fərəhi. Ətalət fərəhi.Minüzlülük. Dargözlülük. İlqarsızlıq.Satılmaq və yaşamaq. Satmaq və yaşamaq.Aldanmaq və yaşamaq. Aldatmaq və yaşamaq.Daşlaşmaq və yaşamaq. Otlaşmaq və yaşamaq.Riyanı sevmək. Fitnəni sevmək.Erkəkləşmə aqibəti. Dişiləşmə aqibəti.Eyniləşmə aqibəti. Süniləşmə aqibəti.Müqəddəsdən ayrılmaq. Ülvi səsdən ayrılmaq.Gözəlliyə qıymaq. Körpəliyə qıymaq.İlkinliyə qıymaq. Məsumluğa qıymaq.Oyuncaq qüdrət. Oyuncaq səadət.Zalım ədalət. Sadiq xəyanət. Zəngin […]
Xəbərlər
Bölgələrə yeni Ocaq səfəri
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız.Hər bir yol ardıcıl, davamlı addımlar tələb edir. Addımlar olmasa, yolu gedə bilməzsən, məqsədinə yetə bilməzsən. Yolda böyüyür, dəyişir, yetkinləşir adam. Yolda bəlli olur yola bağlılıq. Asif Atanın İnamı haqqında yurdumuzda hər kəs bilir. Ancaq daha dərindən anlatmaq gərəkir, bunu ancaq canlı ünsiyyətlərlə eləmək olar. Canlı ünsiyyət isə səfərlərdən keçir. Asif […]
Qutsal “İnam Evi Günü” Törəninin Gediş yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 46-cı iliQutsal “İnam Evi Günü” TörənininGediş yazısı Yer: Nurtəkin Atalının evi (Qaraçuxur qəs.);Gün: 13 Yağış Ayı, Dözüm Günü;Başlanır: 15:00 Təşkilatca sorumlu Nurtəkin, Göytəkin Atalılardır. 6 ideyanın simgəsi olaraq 6 şam yandırılır. Hamı: “İnam Evi – Qutsal İnsanlaşma ünvanı!” deyir. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – […]
Asif Ata. İnsan Yüksəkliyi
Aşiqlik aqibəti. Peyğəmbərlik aqibəti. İmtina qətiyyəti.Duyğu ciddiyyəti. Vəcd əzəməti.Ülvi səda hikməti. Ali kəlam qüdrəti.Heyranlıq təlatümü. Vurğunluq təlatümü.Müqəddəs istək. Müqəddəs ürək. Müqəddəs gözlər.Müqəddəs əllər. Müqəddəs Səma. Müqəddəs ana.Müqəddəs torpaq. Müqəddəs kəlam.Müqəddəs sükut. Müqəddəs məqam.Səhər müqəddəsliyi.Gecə müqəddəsliyi.Çay müqəddəsliyi.Dağ müqəddəsliyi.Xatirə müqəddəsliyi.Əməl müqəddəsliyi.Mütləqlə söhbət. Ürəklə söhbət. Təbiətlə söhbət.Ruh qanadı. Vəhy qanadı. Təb qanadı.Müqəddəsçi taleyi.Həqiqətçi taleyi.Dözüm zirvəsi. Səbr zirvəsi.Həsədə enməmək.Fəsada […]
Soylu Atalı. Aktiv ruh, passiv ruh
… “Bilik sənə ona görə gəlir ki, yaşamaq öyrətsin. Yaşamayanda bilik də səndə qalmır. Biliyi toplamaq yox, onu yaşamaq gərəkdir.İlginc bir məsələ var, elm də bunun üzərində baş sındırır. İnsanda lamisə duyğuları var: görmə, eşitmə, dadbilmə, iybilmə, hiss etmə (toxunma). İndi gəlin, fəlsəfəni ilgiləndirən həzz, iztirab, vecsizlik (laqeydlik) məsələsini lamisə duyğuları ilə əlaqələndirək, bir də […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı İnamlı Atalıya qardaşı Nurəddin bəyin ölümü ilə bağlı başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.