Ocaq Yükümlüsü Soylu Atalının Atagün Elində (Beyləqan) “Atagün” “Ailə Günü” tədbirindəki çıxışından bir hissə. 30 Çiçək Ayı, 36-cı il. (aprel, 2014)
Xəbərlər
“Uluyol-Hünər” Ailəsinin 36-cı ildə III “Ailə Günü”nün Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Nurtəkin Atalının yükümlüyündəki “Uluyol-Hünər” Ailəsinin 36-cı ildə III “Ailə Günü”nün Gedişatı Gün: 20 İşıq Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: 15.00 Tədbir Odası hazırlanır. Təşkilati işlərə sorumlu İnam Evinin Odqoruyanı Ulusəs Atalıdır. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə “Ailə Günü” başlayır.
“Atagün” Ailəsinin 36-cı ildə III Aylıq Mərasiminin Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin 36-cı ildə III Aylıq Mərasiminin Gedişatı Yer: Atagün Eli (Örənqala); Tarix: 15 İşıq Ayı; Başlanır: saat 16.00 • Oda Mərasimin Ruhuna uyğun hazırlanır. Gül-çiçək, yazmaq üçün texniki vasitələr təşkil olunur.
“Uluyol-Hünər” Ailəsinin 36-cı ildə II “Ailə Günü”ndə deyilmiş fikirlər
Ocaq Günsırası ilə 29 Çiçək Ayı, 36-cı ildə (aprel, 2014) Asif Atanın Mütləqə İnam Ocağının “Uluyol-Hünər” Ailəsi II “Ailə Günü” mərasimini keçirdi. Hamı “Ata Ruhuna Pənah gətirmişik!”deyərək sayğı duruşunda. Ailə Günü başladı. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə ruhani hesabatını verdi: “Hesabatıma bu aydakı Ocaq əməllərinin yığcam təqdimi ilə başalamaq istəyirəm.
“Uluyol-Hünər” Ailəsinin 36-cı ildə II “Ailə Günü”nün Gedişatı
Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin 36-cı ildə II “Ailə Günü”nün Gedişatı Gün: 29 Çiçək Ayı; Yer: İnam evi (İçərişəhər); Başlanır: saat 15:00.
Soylu Atalı (Ocaq Yükümlüsü). Siyasi Dünyanın ermənisi
Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Türk təbiət sevgisindən, Tanrı səsindən saz yaratmışdı. Sazı sinəsinə sıxanda Tanrının səsini eşidirdi – duyğuları təmizlənirdi, ürəyi saflaşırdı. Təbiəti saflıq ahəngi qoruyurdu.