Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin “Ailə Günü” tədbiri keçirildi

34-ilin ilk “Ailə Toplantısı” İnam Evində (İçərişəhər) keçirildi. Toplantıya qonaqlar da qatılmışdı. Tədbirin gedişatını “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı nizamladı və tədbiri öz hesabatı ilə açdı. O, Asif Atanın “Mənalar” kitabını oxuduğunu və düşündüyünü dedi. Atadan bəzi fikirlər oxudu. “Ailə Günü” tədbirində qoyulmuş mövzulara fikrini bildirərkən qeyd etdi ki: “Dildə həyatını yaşamaq” ifadəsi var. Həyatını […]

Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 34-cü ildə I “Ailə Günü”nün Gedişatı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 34-cü ildə I “Ailə Günü”nün GEDİŞATI Yer: İnam Evi (İçərişəhər);     Gün: 25 Günəş Ayı;    Vaxt: 15.00 Oda Tədbirin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Göylü Atalı və İnam Evinin Odqoruyanı Ulusəs Atalıdır. “Ata Ruhuna Pənah gətirmişik!”  səcdəsiylə tədbir başlayır.

Xəbərlər

Asif Atanın Mütləqə İnam Ocağı “İnsanilik” Bayramını həyata keçirdi

Ocaq ilsırası ilə 14 Günəş Ayı, 34-ildə (mart, 2012) Asif Atanın Mütləqə İnam Ocağı “İnsanilik” Bayramını həyata keçirdi. “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsilə Bayram başladı. “Ata çağırışı”nı Üstün Atalı, “Təbiətdəki Mütləqlə Gündüz Təmasını” Türkel Atalı, “Ataya Günorta Ricası”nı Nurtəkin Atalı söylədi. Günev Atalı əlində 6 ideyanı əks etdirən məşəllərlə Ata ideyalarının mahiyyəti üstə söz dedi.

Xəbərlər

Soylu Atalı. Bosna Hersek Türk Bizim Ocak Törəninə Uğurlama

Ürəyinizdə Günəş olsun, sayğılı dostlar! Aramızda olan məsafə uzun olsa da, qəlbimizlə, sevgimizlə yaxınıq sizlərə. Həm də yalnız sevgimizlə deyil, işimizlə, mübarizəmizlə sizlərə doğmayıq, gərəyik – çiyin-çiyinə, ürək ürəyə söykəyik. Dünyanın harasında olursa olsun, sağlam düşüncəli türk insanlarımızın ancaq bir istəyi olur – barış, özgürlük.