Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 36-ili
Göylünün Yükümlüsü olduğu “Ulufərəh” Ailəsinin
II “Ailə Günü” mərasiminin
Gedişatı
Gün: 3 İşıq Ayı;
Yer: İnam Evi;
Başlanır: saat 16:00.
Oda Mərasim Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Üstün Atalıdır.
Hamı ayaq üstə “Ata Ruhuna Pənah gətirmişik!” – deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.
Mərasim qonuları:
1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
2) Həyata əyilməmək, həyatı ötmək qüdrətinə yetmişəmmi?
“Ata Ruhunu ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsi ilə tədbirin sonu.
Günün carı:
Ata Yolu – həqiqət eşqi!
Amalımız – İnsani Birliyə yetmək qüdrətimiz!
Gedişatı yazdı: Üstün Atalı
21 Çiçək Ayı, 36-il. Saray-Soylu.
(Aprel, 2014.)
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı
22 Çiçək Ayı, 36-cı il.
Saray-Soylu.