Oktyabrın 20-də Bakıda qadınlar “Qadına şiddətə son!” aksiyası keçirdilər. Diktatura polislərinə qadınların SƏRT dirənişi baxımından çox uğurlu aksiya idi. Bundan bir neçə ay qabaq bir ailə dramı ilə bağlı toplum azca ayrı biçimdə, partiyalı-partiyasız iki yerə ayrılmaqla, oxşar sorun görsənişi yaşamışdı. Ancaq onda olanlar Feysbukda baş vermişdi. O çağ da başlıca dartışma obyekti “şiddət” idi. […]
Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 42-ci ildə (fevral, 2020) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” Mərasimini həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Qutsal Ailə Günü mərasimini keçiririk. Mərasimdə söz deməzdən öncə Ataya səcdə qılıram, Bayrağımızı öpürəm. Ölənlərimizin adını anırıq, […]