Xəbərlər

Ulusəs Atalı. Olmalının təsdiqi

Bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı İnam yönündən tarixi önəm daşıyan bir Hadisəni təsdiq etdi. Belə ki, son vaxtlar Ocaq tədbirlərini keçirdiyimiz ünvanı Ocağın mülkü kimi qəbul edib ona İnam Evi (Amal Evi) statusunu tanıdı. Bura qədər də Ocaq yaradıcılığı ilə bağlı əməllərimiz əsasən bu ünvanda gerçəkləşmiş, çoxsaylı görüşlər keçirilmişdir. Biz bu ünvanı “İnam Evi” adlandırana qədər də buraya üz tutan insanlar ünvanımıza “Ocaq” deyiblər.

Mən bu ünvanın sahibi kimi buranı “İnam Evi” eləmək haqqında düşünməmişdim. Ancaq ünvan özü ada layiq bir biçim almışdır. Doğrudur, düşünürdüm ki, Ocaq bu ünvanda fəaliyyət göstərir, demək, bura “İnam Evi”dir. Sadəcə olaraq, ünvanı öz adı ilə adlandırmaq qalmışdır.  Belə bir tarixi məqamı ağlımdan qaçırdığımı özümə bağışlamıram. Nəhayət, bu vaxta qədər  buraxdığım səhvimi düzəltmək qərarına gəldim.

Mənim israr etdiyim təklifdən sonra Ocaq Yükümlüsü Soylu Atalı qəbul etdi və bu ideyanı gerçəkləşdirən Ruhani Sənəd yazdı. Hesab edirəm ki, Mütləqə İnam Ocağının yaşamını, müqəddəsliyini ifadə etdiyimiz ünvanı İnam Evi olaraq təsdiq etmək zərurətdən yaranan bir Tələbdir.

Bu Hadisə Ocaq tarixində yeni bir mərhələdir. Bu, eyni zamanda mənim həyatımda yeni mərhələdir. “İnam Evi”nin Odqoruyanı məsuliyyətini yaşamaqla özümü bəxtiyar sayıram.

Odqoruyan məsuliyyəti böyükdür, ancaq düşünürəm ki, bu, mənim aqibətimdir. Odqoruyanlıq Ev’də İnam halının, tələbinin yaşamasını təmin etmək, təşkil etmək,  Müqəddəsliyi qorumaq anlamındadır. Odqoruyan həm də İnam öyrətmənidir. Odqoruyanlıq  İşıqçılığı Sabaha çatdırmaqdır. Şəraitə, mühitə işıq yaymaqdır.

İnam Evi özündə ayrı-ayrı Oda’ları birləşdirir. Burada Ocağın “Tədbirlər Oda”sı, İnam Evinin “Oxu Odası” və İnam Evinin “Ocaq Tarixi Odası” var. Bu Başlanğıcın ideya davamı sonra da işlənəcəkdir. İçim fərəhlə dolub. Böyük niyyətlərlə, böyük əməllərlə yaşamaq səadətdir.

Biz bu gün Olmalını həyata keçirdik.

Atamız var olsun!

İnam Evinin Odqoruyanı Ulusəs Atalı
1 Yağış Ayı, 33-il.  Atakənd. İnam Evi.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir