Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin 34-cü ildə III “Ailə Günü”nün Gedişatı

Asif Atanın  – İnam Atanın  Mütləqə İnam Ocağı
Nurtəkinin Yükümlüyündəki  “Uluyol-Hünər” Ailəsinin
34-cü ildə III “Ailə Günü”nün
GEDİŞATI

 Yer:   İnam Evi (İçərişəhər);
Tarix:
  20 İşıq Ayı;
Vaxt:
  Saat 15.00. 

Oda tədbirin ruhuna uyğun hazırlanır. Təşkilati işlərə İnam Evinin Odqoruyanı Ulusəs Atalı sorumludur.

“Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.

 Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının

“Ailə Günü”nə uğurlaması dinlənilir.

 İçsəslər:

  • Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
  • Ruhani Vəhdət nə zaman yaranır?
  • Gerçəklikdən yüksək yaşamaq nə deməkdir?
  • Şölə Ayındakı tədbirlərlə bağlı düşüncələr dinlənilir.

Müqəddəs Oxuma:  “İnam Fəlsəfəsi” kitabının davamı.

Yurdumuzda və Dünyada baş verən hadisələrə münasibət.

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!”. “Atamız var olsun!” səcdəsiylə gün bitir.


Gün’ün Carı:

Ata Yolu – Ömürlərin Yeniləşən sabahı!

 Gedişatı yazdı: Nurtəkin Atalı

15 İşıq  Ayı, 34-il. Saray-Soylu.

Qəbul olunur.

 Ocaq Yükümlüsü Soylu Atalı

 15 İşıq Ayı, 34-il. Saray-Soylu.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir