Xəbərlər

“Uluyol-Hünər”, “Ulufərəh”, “Atagün” Ailələrinin Aylıq Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 40-cı ili

 “Uluyol-Hünər”, “Ulufərəh”, “Atagün” Ailələrinin
Aylıq Törəninin Gediş Yazısı

  Yer: Saray-Soylu (Soylu Atalının evi);
Gün: 11 Qürub Ayı, Murad Günü;
Başlayır: 13:00

 

  • Təşkilatca hazırlığa sorumlu Güntay Atalıdır.
  • “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə törən başlayır.
  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev,
  • “Ataya Günorta Ricası”nı – Nurtəkin söyləyir.

 Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.

 Törən qonuları:

  • Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
  • Kapitalizm dərinləşir, İnsançılıq dayazlaşır. Ocaqçılıq yeriyəcəkmi?
  • Ocaqçıları bir-birinə özündənkeçmə (fədakarlıq) doğmalaşdırır. Nə dərəcədə Doğmayıq?

 Qutsal oxuma: “Mütləqə İnam” Kitabından bir parça.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Ailə Günü başa çatır.

                                                                CARLAR:

  • Ruhsal Ailəçilik yolu – Üzü bütöv, Sözü bütöv, Düzü (Doğrusu) bütöv olmaq gerçəkliyi!
  • Asif Atanın tələblərini anlamaq – İnsanlaşmanı, Millətləşməni gerçəkləşdirmək nizamı!

Gediş Yazısını  yazdı: Göylü Atalı.
5 Qürub Ayı, 40-cı il. Atakənd.

 

 Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

 6 Qürub Ayı, 40-cı il. Saray-Soylu.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir