Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
33-cü ildə X Aylıq Toplantısının
GEDİŞATI
Yer: İnam Evi (İçərişəhər); Tarix: 25 Sərt Ayı, 33-il; Vaxt: Saat 15.00
Tədbirin Ruhani təşkilatçısı Göylü Atalıdır.
Tədbirin hazırlıq işlərinə İnam Evinin Odqoruyanı Ulusəs Atalı məsuldur.
İnam Evinin “Tədburlər Odası” Ocağın ruhuna və tələbinə uyğun hazırlanır. Tədbir arxivləşir və sabaha çatdırılır.
“Ailə Günü” – “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsi ilə başlayır.
Ocaq Yükümlüsü Soylu Atalının xeyir-duası dinlənilir.
İçsəs mövzuları:
- Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
- Ruhani Ailə ilə cismani ailə arasındakı fərq, bu fərqi yaradan amillər, Amallaşma – Həqiqətin ölçüsü kimi.
- Ailə – Doğmalığın təməlidir. Ocağın “Ailə Günü” Mərasimləri – “İnsanlıq Günü”, “Amal Günü”, “Kamillik Günü” kimi dərk olunmalıdır.
- Ruhani Ailəçiliyin gerçəklikdə görünməsi – Ali duyğuların Evlad yaşamında ifadəsi necədir? Ay ərzində özümdə hansı Ali duyğunu aşkarlaya bildim?
- İnsanı tanımaq özünü tanımaqdan başlayır. Xalqlaşmada özünütəsdiq.
Müqəddəs Oxuma: “İnam Fəlsəfəsi” Müqəddəs Kitabının davamı.
Müqəddəs Görmə: Yurdumuzun və Ulusumuzun Bugünü və Sabahı.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!”
səcdəsiylə “Ailə Günü” başa çatır.
Günün Carı:
Ata Ailələri – Doğmalığın Təməlidir!
Amallaşan – Doğmalaşır!
Gedişatı yazdı: Ulusəs Atalı
18 Sərt Ayı, 33-il. İnam Evi.
Qəbul olunur.
O.Y.Soylu Atalı.
19 Sərt Ayı, 33-il. İnam Evi