Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Nurtəkin Atalının Yükümlüyündəki
“Uluyol-Hünər” Ailəsinin
35-ci ildə IV “Ailə Günü”nün gedişatı
Gün: 29 Şölə Ayı; Yer: İnam Evi; Başlanır: 14.00.
Oda hazırlanır. Təşkilati işlərə sorumlu Ulusəs Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə “Ailə Günü” tədbiri başlayır.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı və “Ataya Günorta Ricası”nı – Nurtəkin deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.
İçsəslər:
- Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
- Yol Müqəddəsliyi – Yolsuzluq faciəviliyi.
- Şölə ayındakı Mərasimlərlə bağlı fikirlər.
- Ölkəmizdə, dünyada baş verən hadisələrlə bağlı düşüncələrin bölüşülməsi.
Müqəddəs Oxuma: “İnam Fəlsəfəsi” kitabının davamı.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə tədbirin sonu.
Carlar
Ata Amalı – Həqiqət Yolu!
Özüylədöyüş – özünə inam yoxuşu!
Ömür – Amal ahəngi həyatı yenidən yaradacaq!
Gedişatı yazdı: Nurtəkin Atalı
19 Şölə Ayı, 35-il. Atakənd.
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı
19 Şölə Ayı, 35-il. Saray-Soylu.