Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 43-cü ili
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəninin
Gediş Yazısı
Gün: 29 Qürub Ayı;
Vaxt: 15:00.
- Təşkilatca sorumlu Nurtəkin, Göytəkin Atalılardır.
- “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə törən başlayır.
Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlaması dinlənilir.
Törən qonuları:
- Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
- Özüylədöyüş, Özüyləbarışma.
- Hansı ruhsal tələblərlə yaşayıram?
- Ata Ayındakı tədbirlərə hazırlıqla bağlı düşüncələr bölüşülür.
Qutsal Oxuma: “Olan-Olmayan” Bitiyindən bir hissə oxunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır.
Gün’ün Carı:
Mütləqə yetmək üçün Mütləq Tələblə yaşamaq gərək!
Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
25 Qürub Ayı, 43-cü il. Atakənd.
Qəbul olunur!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü.
25 Qürub Ayı, 43-cü il. Saray-Soylu.