Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Nurtəkinin yükümlüyündəki “Uluyol-Hünər” Ailəsinin
34-cü ildə IV Aylıq Toplantısının
GEDİŞATI
Yer: İnam Evi (İçərişəhər);
Tarix: 1 Od Ayı;
Vaxt: Saat 15.00
Oda tədbirin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu – İnam Evinin Odqoruyanı Ulusəs Atalıdır.
“Ata Ruhuna Pənah gətirmişik!” səcdəsilə tədbir başlayır.
Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlaması dinlənilir.
İçsəslər:
- Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
- İdeal hardadır, ona necə yetməli?
- Şölə Ayındakı tədbirlərlə bağlı düşüncələrim.
Müqəddəs Oxuma: “İnam Fəlsəfəsi” kitabının davamı oxunur və şərh olunur.
Yurdumuzda və Dünyada baş verən hadisələrə münasibət.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!”
səcdəsiylə tədbir sona yetir.
Carlar:
- Ocaqçı Aqibəti – Səcdə ucalığında yaşamaq!
- Amalımız – İdealı tanımağımız!
Gedişatı yazdı: Nurtəkin Atalı
24 Şölə Ayı, 34-il. Saray-Soylu.
Qəbul olunur.
O.Y. Soylu Atalı
24 Şölə Ayı, 34-il. Saray-Soylu.