Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər” Ailəsinin
37-ci ildə VIII “Ailə Günü” törəninin
Gediş yazısı
Gün: 29 Xəzan Ayı;
Yer: İnam Evi (İçərişəhər);
Başlanır: saat 16.00
Törən Odası Ocaq ruhunda hazırlanır. Çiçək, kağız-qələm, foto və görüntü çəkilişləri üçün araclar. Hazırlığa sorumlu Ulusəs Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.
Törənqonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
“Ailə Günü”nün halıma göstərdiyi etkini nədə görürəm?
Törənə qatılanların da düşüncələri dinlənilir.
Qutsal Oxuma: “Sədaqət” kitabından oxunur və Ata fikirlərinə Evlad açıqlaması verilir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır.
Carlar
- Amalımız – Ruhani İntibahımız!
- İnamımız – Milli varlığımız!
Gedişi yazdı: İnamlı Atalı
21 Xəzan Ayı, 37-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
23 Xəzan Ayı, 37-ci il. Saray-Soylu.