Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 39-cu ili
“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin “Ailə Günü” Törəninin
Gediş Yazısı
Yer: Nurtəkinin evi (Bakıxanov qəsəbəsi);
Gün: 16 Çiçək Ayı, İnam Günü;
Vaxt: 15:00
Oda törənin ruhuna uyğun olaraq hazırlanır. Təşkilatca sorumlu Nurtəkin Atalıdır.
“Ata Ruhuna Pənah gətirmişik” səcdəsiylə tədbir başlayır.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,
“Ataya Günorta Ricası”nı – Üstün Atalı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.
İçsəslər:
- Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
- Ailələrimizdə doğmalığımız hansı səviyyədədir?
- Yolundan dönməmək qüdrətinə yetmişəmmi?
Qutsal Oxuma: “Özüllər Özülü” Qutsal Bitiyi. “Ruhaniyyat” əsərindən “Ruhaniyyat-Din” bölümü oxunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun” səcdəsiylə Ailə Günü başa çatır.
Carlar:
- Ata Amalı – idrakımızın kamillik üzərində qurulması!
- Hünərli, ruhsal əməllər yetirmək – Fərəhli ömür yaşamaqdır!
Gediş Yazısını yazdı: Türkel Atalı.
10 Çiçək Ayı, Arzu Günü, 39-cu il. Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü.
10 Çiçək Ayı, 39-il. Saray-Soylu.