Xəbərlər

“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin “Ailə Günü” törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq ilsırasının 39-cu ili

 “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin “Ailə Günü” törəninin
Gediş Yazısı

Yer:  Soylu Atalının evi (Saray-Soylu qəsəbəsi);
Gün:  29 Xəzan Ayı, İnam Günü;
Vaxt:  15:00.

Oda törənin ruhuna uyğun olaraq hazırlanır. Təşkilatca sorumlu Türkel Atalıdır.

“Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə törən başlayır.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,
“Ataya Günorta Ricası”nı – Üstün deyir.

                          Ocaq Yükümlüsünün “Ailə Günü”nə uğurlaması dinlənilir.

Törən qonuları:

  • Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
  • Nələrdən imtina etməliyəm? (konkret faktlarla).

 Qutsal Oxuma: “Mütləqə İnam” Qutsal Bitiyindən “Cəmiyyətlə görüş” əsəri oxunur.

“Ata Ruhunu Ürəyimizdə aparırırq!”, “Atamız Var olsun!” səcdəsiylə Ailə Günü başa çatır.

                                          Günün carı:

Ailə Günümüz – Amal-Əməl Birliyinə yetirsin bizi!
Sabahlı düşünək, Sabahlı yaşayaq – Hünərin qaynağı budur!

 Gediş Yazısını yazdı: Göylü Atalı.
25 Xəzan  Ayı, Dözüm Günü, 39-cu il. Atakənd.

 

 Qəbul olunur.

                   Soylu Atalı. Mütləqə İnam Ocağının Yükümlüsü

                   25 Xəzan Ayı, 39-cu il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir