Xəbərlər

“Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin “Ailə Günü” törəninin Gediş Yazısı

Ata – Ocaq ilsırasının 39-cu ili

 “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin “Ailə Günü” törəninin
Gediş Yazısı

 Yer:  Soylu Atalının evi (Saray-Soylu);
Gün:  24 Köçəri Ayı, Murad Günü;
Vaxt:  15:00.

Oda törənin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Türkel Atalıdır.
“Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə törən başlayır.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Ulunur,
“Ataya Günorta Ricası”nı – Güntay deyir.

               Ocaq Yükümlüsünün “Ailə Günü”nə uğurlaması dinlənilir.

Törən qonuları:

  • Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
  • Atanın “Yaşamaq – həm də həyatı eşitməməkdir” düşüncəsinə yanaşma sərgilənir.
  • Ailəçiliyin tələblərini nə dərəcədə doğrulduram?

Qutsal Oxuma: “Adamlıq – İnsanlıq” bitiyi oxunur.

“Ata Ruhunu Ürəyimizdə aparırırq!”,
“Atamız Var olsun!” səcdəsiylə Ailə Günü başa çatır.

                        Günün carı:

Ocaqlaşmaq – Aqibət bütövlüyünə yetməkdir!

  Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
21 Köçəri Ayı,39-cu il. Atakənd.

 Qəbul olunur.

 

Soylu Atalı Mütləqə İnam Ocağının Yükümlüsü

 21 Köçəri Ayı, 39-cu il.

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir