Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 40-cı ili
“Uluyol-Hünər”, “Ulufərəh”, “Atagün” Ailələrinin
Aylıq Törəninin Gediş Yazısı
Yer: Saray-Soylu (Soylu Atalının evi);
Gün: 11 Qürub Ayı, Murad Günü;
Başlayır: 13:00
- Təşkilatca hazırlığa sorumlu Güntay Atalıdır.
- “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə törən başlayır.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev,
- “Ataya Günorta Ricası”nı – Nurtəkin söyləyir.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.
Törən qonuları:
- Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
- Kapitalizm dərinləşir, İnsançılıq dayazlaşır. Ocaqçılıq yeriyəcəkmi?
- Ocaqçıları bir-birinə özündənkeçmə (fədakarlıq) doğmalaşdırır. Nə dərəcədə Doğmayıq?
Qutsal oxuma: “Mütləqə İnam” Kitabından bir parça.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Ailə Günü başa çatır.
CARLAR:
- Ruhsal Ailəçilik yolu – Üzü bütöv, Sözü bütöv, Düzü (Doğrusu) bütöv olmaq gerçəkliyi!
- Asif Atanın tələblərini anlamaq – İnsanlaşmanı, Millətləşməni gerçəkləşdirmək nizamı!
Gediş Yazısını yazdı: Göylü Atalı.
5 Qürub Ayı, 40-cı il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
6 Qürub Ayı, 40-cı il. Saray-Soylu.