Bu günlərdə oğlum Elqala ilə birlikdə Şabrana ruhani səfər elədim. Bəzi ünvanlara getmək üçün bizə bələdçilik edən qələm adamları Bayram bəy və Məzahir bəylə söhbətləşdik. Asif Atanı tanısalar da, onun ideyalarından soraqsız idilər. Bir az dinlədikdən sonra Ocaq ruhuna doğma olduqlarını bildirdilər, Atanın və Ocaq Evladlarının kitablarını sevə-sevə götürdülər.
Mədəniyyət evinin başçısı Əhməd bəyə, işçiləri Mehparə xanıma, Qulu bəyə də Ocaq ədəbiyyatı verdik.
Bu mənim Şabrana ikinci səfərim olsa da, yeni insanlarla tanış oldum və köhnə tanışlarla da görüşə bildik.
Şabran rayonunun “Xaqani Poeziya Evi”nin başçısı Aybəniz xanımla da tanışlığımız yeni idi. Atanın Amalı ilə tanış olmaq üçün ona da Ata və Ocaq Evladlarının kitablarını hədiyyə etdik.
Sonra Şabran rayon kitabxanasında olduq. Oranın başçısı Səbinə xanımın araçılığı ilə kitab evinin işçilərilə görüş keçirdik. Onlara da Asif Atanın ömür yolu və Amalından soraq verdim. Düşünən beyinlər həmişə kitab evlərinə üz tutur, kitabxana işçiləri daha yaxşı bilir oxucu istəyini. İnanıram ki, apardığım söhbət həm onlara, həm də gələn oxuculara aydın yol tapmağa kömək edəcək, milli özümləşməyə yön verəcək.
Atamız Var olsun!
Qürub Ayı, 37-ci il. Saray-Soylu.
(avqust, 2015.)