Xəbərlər

Üstün Atalı. Sevgidən doğan səfər (Qusar bölgəsinə səfərim)

DSCF3977Dünyanı yenidən öyrənmək, həyatı yenidən duymaq, insanı yenidən bilmək – adamda necə ülvi duyğular oyadır. Bunları duymaq, yaşamaq gözəldir. Mənim bunlara varmağımın bir ünvanı da səfərlərdir.
Canlı ünsiyyətlərin, doğmalığın aradan getdiyi bir zamanda, insanın balaca bir sevincə həsrət olduğu dövrdə belə bizim içimizdə ünsiyyət ehtiyacı, insanlarla doğmalaşmaq istəyi azalmır. İnsanlığın yaşadığını, yaşaya biləcəyini haraylamaq, yurdumuzun ən ucqar yerlərində belə yurddaşlarımızda ümid yaratmaq və onların sevinclərinə qoşulmaq istəyirik. Bunun üçün Ocaq səfərlərimizi davam edirik.
“Qədimdəki doğmalarımıza bənzəmək istəyi gələcəkdəki ulusal vüsalımızı dərk etməyimizdən irəli gəlir” – deyir Soylu Atalı. Biz bu meylin arxasındayıq.

DSCF3841
Bu duyğular, bu düşüncələr mənim yolumu bu dəfə Qusar rayonundan saldı. İlk ünsiyyətimiz Qusar aydınları Ceyhun Ağabəyov və Kamran Əliyevlə oldu. Söhbətimiz Azərbaycanın bu günü ilə başladı. Hər birimiz öyrətmən olduğumuz üçün təhsilimizin durumu və gələcəyinə yönəlik düşüncələrimizi bölüşdük. Sonra Asif Atanın Amalı haqda, onun Yurdumuza önəmi ilə bağlı geniş qonuşduq. Onlara bildirdim ki, Asif Ata Ocağının Evladları zaman-zaman oxullarda görüşlər keçirməklə soydaşlarımızda vətənə, millətə, insana sevgi yaradırlar. Bu bir Dünyabaxış nizamı ilə həyata keçirilir, elə-belə təəssübkeşliklə təbliğat qurulmur. Asif Atanın Amalını öyrətmək  insanca yaşamaq ölçüsü verməkdir, ulusal kimliyin təsdiqidir.
Qusar rayon mərkəzi Kitab Evində də, Tarix və Diyarşünaslıq muzeyində də Asif Ata Amalından, onun yaşam nizamından, qurallarından danışdıq. Onlara Atanın kitablarını və Ocağın “Özəl buraxılış”larını hədiyyə etdim.

DSCF3977

Azərbaycanın hər bölgəsi bizim üçün dəyərlidir, qusarlılarla söhbət edərkən bir şeyi anladım ki, güzəran nə qədər çətin olsa da, insanların içində inam hissi ölməyib, sadəcə onları yönəltmək gərəkdir. Buna görə də səfərlərimizin önəmi çox böyükdür.

DSCF3969 DSCF3972 DSCF3975 DSCF3983 DSCF3988

Atamız Var olsun!

6 Od Ayı, 38-ci il. Quba.
(iyul, 2016.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir