Xəbərlər

Üstün Atalı. Vətən güzəranımızdan arxada deyil

20140807_102012Maddiyyatçılığın, varidatçılığın, pulçuluğun həyatı qapsadığı bir dövrdə İnsaniliyə çağırmaq, xilası İnsanilikdə görmək, bu həqiqəti soydaşlarımıza çatdırmaq üçün yurdumuzu qarış-qarış gəzmək nə qədər gözəldir. Bu gözəllik üzlərdə, gözlərdə heyrətə çevrilir, ümid yaradır, mənim isə ömrümə nizam gətirir, fərəhimə işıq salır…
Bəzən bu baxışların içində soyuqluq, qorxu, yadlıq da görürəm, hətta mənə qarşı kobud davranmalar da görürəm. Bunu normal qarşılayıram, əgər hər kəs Amalımı bilsəydi, onda mənim səfərlərimə də ehtiyac qalmazdı. Bəzən insanlar həqiqəti bilmədiyi üçün qorxur, haytalanır. Gədəbəy səfərimdə də belə halla qarşılaşdım. Mədəniyyət evində özümü təqdim edib, ədəbiyyatlar verəndə bir qadın mənə dedi ki, heç bir Vəhhabiçi Gədəbəydən salamat çıxmayacaq, qarşısında məni görəcək. Mən onu dinlədim və onun bu dirənişini haqlı saydım. Ancaq çox təəssüf ki, Azərbaycanın qapıları bu gün yad təriqətlərin, missionerlərin üzünə daha çox açılır. Əgər bu gün biz, təhlükə hazırlayan yadlıqlara dirəniş göstərməsək, sabah onlar dövlətimizin başında oturacaq.  Qardaşı qardaşa düşmən edir, ananı baladan ayırır, ailələri başsız qoyur bu dağıdıcı qüvvələr. Nə bir ziyalımız söz deyir, nə bir məmurumuz tədbir görə bilir. Hər kəs demokratiya, tolerantlıq adlı torun içinə düşüb. Bu gün Asif Ata Ocağı yeganə qüvvədir ki, onlara qarşı hər yerdə açıq söz deyir, döyüşür. Cavanlarımızı Suriyaya daşıyıb, İŞID-ə əsgər göndərənlərin məqsədi Azərbaycana zərbə vurmaqdır. Mənim bölgələrə səfərlərimin məqsədi də bu proseslərə qarşı söz demək, insanları Asif Atanın Amalına çağırmaqdır.

20140807_104418

Siz çıxış yolunu, aldığınız 180 manat maaşın artmasında görürsünüz, ancaq bu məsələnin həlli deyil. İnsan özünə sahib deyilsə, pulçuluq  onun ləyaqətini ayaqlayacaq. Guya adamların sosial durumu düzələndə hər şey əla olacaq. Aldatmayın özünüzü, bu gün məmurların ki, heç bir korluğu yoxdur, bəs hanı onların millətsevərliyi, vətənsevərliyi, xalqa yiyə durmaq istəkləri?! Onların düşüncəsi yalnız pul sayır və saraylar tikdirir. Özünü yaratmır, varidatını yaradır. Varidatını yaradan xalqı yaratmaz…

 Ona görə də xilas özünü yaratmaqdadır, – hal-hal, fərd-fərd xalqın yaranmasındadır.

Gədəbəy rayon kitabxanasında da bu yöndə söhbətlər apardım, ədəbiyyatlarımızdan hədiyyə verdim…

20140807_104000

Sabirabad rayonuna səfərim də uğurlu oldu. Kitabxanaya kitablarımızı və başqa ədəbiyyatlarımızı hədiyyə elədim. Diyarşünaslıq muzeyinin işçiləri ilə Amalımızın məqsədi haqda danışdım. Söhbətin sonunda məndən Asif Ata Ocağından nə qədər maaş aldığımı soruşdular. Sualı təbii qarşıladım, çünki söhbətimizdən aydın oldu ki, soydaşlarımız Asif Atadan xəbərsiz idi. Asif Ata Ocağını heç kim maliyyələşdirmir. Amalımızın bir adı da fədakarlıqdı. Ocaq bu gün öz Evladlarının fədakarlığı hesabına əməllər həyata keçirir. Ocaq mənim fərəhimdir, xilasımdır, Onun xilaskar ideyalarını xalqımıza çatdırmaq xoşbəxtliyini yaşayıram. Bəşərin xilasını İnsanlaşmaqda görürük.

İnsanilik – İdeal tələbi ilə yaşamaq və Ona qovuşmaq istəyidir.

İnsanilik –Vətəni sevmək və onun uğrunda özündən keçmək deməkdir.

İnsanilik – qorxaqlıq üzərində qələbə və hünərə yetmək deməkdir.

İnsanilik – varidatçılıqdan, maddiyyata hərislikdən  imtina deməkdir.

İnsanilik – insanı, ulusu, bəşəri öz mənasına çatdırmaq deməkdir…

Bu tələblə yaşamağın maddi, sosial qiyməti ola bilməz. Məni yaşadan, var edən mənim İnsaniliyimdir. Bu Amalı yaşatmaq şərəfdir, ləyaqətdir və qeyrətdir!

Atamız Var olsun!

20140804_115339

20140804_123043

Qürub Ayı, 36-cı il.

(avqust, 2014.) Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir