Xəbərlər

Yasin Türksoy. Xalqın İnamla oyanışı üçün

Yasin TürksoyAsif Ata Ocağı Azərbaycanda hər növ yadlığa qarşı milli, insani prinsiplərlə mübarizə aparır. Televizya millətin sağlam aydınlarını yaxına buraxmır, bu açıqca görünən gerçəkdir. Buna baxmayaraq Ocaqçılar gözləmə tərpənməzliyinə uymur, çağaşırı xalqın içinə çıxmağa özlərində təpər, hünər tapırlar. Onlar Asif Atanın ortamında bərkimiş insanlardır. Oxullarda öyrəncilərlə, öyrətmənlərlə, toplumsal-siyasal çalışmada olan insanlarla arası kəsilməz görüşlər keçirirlər, dolanışıqlarından kəsib səfərlər edirlər, bir sözlə, xalqımıza umacaqsız qulluq göstərirlər. Çətinliklərə, əziyyətlərə qatlaşır, təmkinlə, iradəylə, hünərlə Xalqın içinə yeriyir, Asif Atanın harayını çəkir, Asif Atanın Milli-Ruhani ideyalarını yayırlar.

Asif Ata  Doğunun  geriləmə səbəblərini və bunun aradan qaldırılması yollarını bəlirləmişdi. Doğunun Batıdan geridə qalmasının əsas səbəbi İslam idi. Bu dünyagörüş insanı bəndələşdirməklə hüquqsuzlaşdırıb, kölələşdirib toplumun mənəvi dirçəlişinin qabağını kəsir. Asif Ata bəşəriyyətin özül nöqsanlarının aradan qaldırılması üçün fəlsəfi-ruhani biliklər əsasında yeni bir inam sistemi – Mütləqə İnam Ruhaniyyatını yaratdı. Asif Atanın davamçıları – Ocaqçılar bu çətin yolda yükü çiyinlərinə götürdülər.

Bəşəriyyət üçün, İnsanlıq üçün yeni yol, yeni inam başlayasan, özü də bilgisayar, texnika, informasiya çoxluğunda, görün bu necə çətin, necə əzablı yoldur. Bu əzablı yolda hər gün Şərlə döyüşməli olursan, – Özündə və toplumsal gedişdə. Özündəki yırtıcı ehtiraslarla, düşüncələrlə savaşıb, özünü yenidən qurub, durulub Xalqın içinə çıxırsan, Atanı xalqa qaytarırsan. Xalqın içinə çıxmağın başqa yönü yoxdur, bunun üçün içdən qurulmalısan. Özünü bilən, özüylə uğraşan, özüylə döyüşən, kamilləşən, böyüyən, yetən, böyüdə bilən şəxsiyyət Xalqın içinə çıxa bilər. Asif Ata Ocağı bunu yaradır – Özündən başlamalı, böyüməli, böyütməli, Şərlə döyüşməli, Həqiqətə yetməli, İnama yetməli.

Azərbaycan, Türk Dünyası, Bəşər üçün yol gedənlərin, İnsanlıq yükünü daşıya bilənlərin ocağıdır Asif Ata Ocağı.

Atamız Var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir