Ürəyinizdə Günəş olsun!
Bu gün – 1 Günəş Ayı, 47-ci il (mart, 2025) Asif Ata Ocağının yaranmasının ildönümüdür. Ocaq Günsırası (təqvimi) ilə Yeni İldir. Hər il Günsıranın bu günündə Mütləqə İnam Ocağı “Yeni İl” törəni keçirir. Bu gün də 47-ci ilin Yeni İl törəni keçirildi. Törəndə Ocağa yeni Evlad qəbul olundu. Törən qonuları yönündə çıxışlar dinlənildi. Ötən ilin əməl hesabatı verildi.
Ocaqçılara Törənlər Bitiqi, Günsıra vizitləri, Ocaq işlərini özündə daşıyan foto albomlar bağışlandı. Sonda çay süfrəsində ulusal-insanlıq açısından doğmalaşma söhbətləri oldu.
Atamız Var olsun!









Mütləqə İnam Ocağı
1 Günəş Ayı, 47-ci il.
(mart, 2025).