Xəbərlər

Yeni kitab çapı

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının 8-ci – “Sözün Doğrusu” kitabı işıq üzü gördü. Kitabın ön sözünü oxuculara sunuruq:

Ön söz

Ürəyində Günəş olsun, sayğılı oxucu!
Dünyanın əyildiyi, insani münasibətlərin pozulduğu bir çağda hər kəs Allahdan ümid gözləyir. Ancaq bizim ümidimiz insanadır. Çünkü Allah insanda var olur. İnsanın Allahı var etməsi – mənəviyyata yüksəlməsidir. Başqa sözlə, Allah anla­mı insanda mənəviyyat ölçüsüdür. İnsan bu ölçünü itirəndə hey­va­na enir, həyatı heyvani gedişlərlə doldurur. Ona görə hər şeyin qarışıq-dolaşıq düşdüyü bir çağda İnsanlığın Bayrağını başımız üzərinə qaldırıb onun harayını çəkirik. Çünkü ümid insanadır. Hər şey insanla bağlıdır: əyən də odur, düzəldən də; dağıdan da odur, quran da; yıxan da odur, qaldıran da…
Gərəksiz informasiya bolluğunda, kitabların oxunmadığı bir çağda biz kitab yazırıq. Çünkü çağdaş texnologiyaların gəliş­mə­sindən doğan informasiya bolluğu İnsanlığın həqiqətlərini əvəz edə bilməz. İnsan texnologiyaların doğurduğu bilgilərlə zəngin­liyə yetər, üstünlüyə yetməz. Üstünlüyü İnsanlığın, ruha­niy­yatın kitabları öyrədir. Bizim də bütün çabalarımız bu kitabları işləməyə, ortaya gətirməyə yönəlib. Biz İnsanlığa inandığımız üçün, İnsanlığın kitablarının oxunacağına, yararla­nı­lacağına da inanırıq.
Sayğılı oxucu, oxu, bizə yardımçı ol. Ürəyin qüvvətli, gözlərin işıqlı olsun.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir